5 yaşlı Ümran milyonları kövrəltdi - VİDEO

5 yaşlı Ümran milyonları kövrəltdi - VİDEO Srağagün bu oğlanın fotosu dünya mediasında yayıldı. Tozlu, yaralı, təcili yardım maşınında oturmuş bu 5 yaşlı pərişan oğlanın qorxulu, ürkək, ümidsiz baxışları milyonlarla insanı kövrəltdi.

O, 5 yaşlı Ümran Daqnişdir.

Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, Ümran Daqniş Suriyanın Hələb şəhərində yaşayır. Suriya prezidenti Bəşər Əsədə sadiq qoşunlar Hələbi növbəti dəfə bombardman edəndə Daqniş ailəsinin yaşadığı bina yerlə-yeksan olmuşdu.

Yaralı Ümranı xilas etdilər, təcili yardım maşınına apardılar. O ağlamırdı. Sakitcə oturmuşdu.

Amma bir saat sonra atasını və anasını görəndə özünü saxlaya bilmədi, hönkürdü.

Ümranın aparıldığı xəstəxananın tibb bacılarından biri deyib: "Onun yaralarını təmizlədik, dezinfeksiya etdik, sarğı qoyduq. Ağlamadı, səsini də çıxarmadı. Amma atasını və anasını görəndə kövrəldi, ağladı".

Həkim Mahmud Əbu Rəcəbsə söyləyib: "Ümran ağlamadı. Sadəcə, atasını və anasını görmək istədiyini dedi".

Ümranın atası, anası, iki qardaşı və bacısı dəhşətli bombardmanda möcüzə nəticəsində sağ qalıblar.



Oxşar xəbərlər