Lumu Veyisovanın yaxınları isə həkimi günahlandırırlar
Sumqayıtda həkimin əməliyyat etdiyi qadın ölüb.
Bu barədə xezerxeber məlumat yayıb.
Məlumatda bildirilir ki, Sumqayıtda 81 yaşlı həkimin öd kisəsinindən əməliyyat etdiyi 33 yaşlı Lumu Veyisovanı xilas etmək mümkün olmayıb.
Mərhumun əməliyyatında iştirak etmiş Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri Vaqif Qəhrəmanov deyir ki, 81 yaşlı həkim Cəfər Quliyev xəstənin öd kisəsinin partlamasından ehtiyat edərək təcili əməliyyat edib.
Öd kisəsi çıxarılıb, damarlar bağlanıb. Öd kisəsinin yatağı təmizlənərkən isə qanaxma başlayıb.
Lumu Veyisovanın yaxınları isə həkimi günahlandırırlar. Onlar deyir ki, həkim yaşlı olduğu üçün xəstənin damarlarını kəsib. Elə qanaxma da bu səbəbdən yaranıb.
Nəticədə gənc qadın ölüb, onun atasız böyütdüyü 3 uşağı indi analarından da məhrum olublar.
Ancaq şöbə müdiri Vaqif Qəhrəmanov bununla razılaşmır, Cəfər Quliyevin “Şöhrət” ordenli təcrübəli həkim olduğunu deyir.
Cəfər Quliyev bu hadisəyə görə stress keçirdiyindən əməliyyatdan uzaqlaşdırılıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, mərhumun yaxınları şikayət etmədiyindən nazirlik tərəfindən xüsusi komissiya yaradılmayıb.
81 yaşlı həkimin əməliyyatda iştirak etməsinə gəlincə, Cəfər Quliyevin elmi adı, fəaliyyəti olduğundan bunda problem yoxdur. Onun həmçinin “Şöhrət” ordeni də var.