“Türkiyənin yüksəlişini fəxrlə izlədiyim üçün çox xoşbəxtəm. Xoşbəxtəm ki, milləti bu gün burada – bu meydanda görürəm və xalqın iradə və inamının şahidi oluram. Bu gün burada sarsılmaz güc, əyilməz baş və yenilməz milli güc görmək olar”.
Report xəbər verir ki, bu barədə Türkiyənin müxalifyönlü Milli Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı İstanbulun Yeniqapı meydanında keçirilən “Demokratiya və şahidlər naminə” mitinqində çıxışı zamanı bildirib.
Türkiyə xalqının 15 iyul tarixində öz gələcəyini müdafiə etdiyini bildirən partiya sədri ölkədə hərbi çevriliş etmək cəhdinə qarşı çıxıb və bildirib ki, Türkiyənin tarixi düşmənləri ilə dövlət çevrilişinə cəhd edənlər arasında heç bir fərq yoxdur.