Yerevanda küçə döyüşləri: Yaralılar var - YENİLƏNİB

Yerevanda küçə döyüşləri: Yaralılar var - YENİLƏNİB Yeravanda nümayişin dağıdılması zamanı xüsusi vasitələrin tətbiq edilməsi nəticəsində yaralananların sayı artmaqdadır.

Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, toqquşmalar nəticəsində yaralananların sayı 60-a çatıb.

Ermənistan polisinin mətbuat katibi Aşot Aqaronyanın sözlərin görə, baş vermiş iğtişaşlar zamanı 100-dən çox etirazçı həbs olunub.

Bununla belə A.Aqaronyan bildirib ki, polis məntəqələrinə aparılanların dəqiq sayı barədə məlumat verməkdə çətinlik çəkir.

00:20

İrəvanın Sari Tax rayonunda polis bölməsini ələ keçirən silahlı qrupa dəstək aksiyasının iştirakçıları ilə polis arasında toqquşmalar baş verib.

Oxu.Az-ın News.am-a istinadən verdiyi xəbərə görə, onlarla etirazçı saxlanılıb, xeyli sayda yaralıların olduğu bildirilir.

Güc strukturları təcili olaraq əraziyə yeni qüvvələr cəlb edib. Gözlənilmədən nümayişçilərə yaxınlaşan polis əməkdaşları, onlara qarşı xüsusi vasitələr tətbiq etməyə başlayıb. Nümayişçilər polisi daşa basıblar.

29.07.2016 20:21

Ermənistanın paytaxtında post-patrul xidməti polkunun binasını ələ keçirmiş silahlı qruplaşma hüquq-mühafizə orqanlarının əməkdaşları ilə atışmanı davam etdirir.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Yerevan polisinin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan öz Facebook səhifəsində yazıb.

O qeyd edib ki, güc strukturları silahlı qruplaşmanın daha iki üzvünü yaralayıblar.

17:56

Ermənistanda PPX bölməsini zəbt edən “Sasna tsrer” qrupunun üzvü, “tənha canavar” ləqəbli Araik Handoyan yaralanıb.

Oxu.Az “News.am”a istinadən xəbər verir ki, bu barədə məlumatı “Təsisçi parlament” yayıb.

“Sasna tsrer”in üzvü Varujan Avetisyan bildirib ki, Handoyan ayağından yaralanıb. Onun sözlərinə görə, Handoyan “pilotsuzdan nəyin düşdüyünə baxmaq üçün yaxınlaşıb, bu zaman onu snayper yaralayıb”.

Eyni zamanda qiyamçıların liderlərindən biri Varujan Avetisyan jurnalistlərlə əlaqəyə girərək bildirib ki, zəbt edilən polis bölməsinin ərazisinə naməlum predmetlər atılır.

Polisdə bu məluamtlar təsdiqlənib. Qeyd edilib ki, “hüquq-mühafizə orqanlarının tələblərinə zidd olaraq PPX bölməsində atəşlər eşidilib, polislər cavab atəşi açıblar, nəticədə atəş açanlardan biri Araik Handoyan yaralanıb”.

Oxşar xəbərlər