Almatada polislərə atəş açanlardan biri saxlanılıb - VİDEO

Almatada polislərə atəş açanlardan biri saxlanılıb - VİDEO Şəhərdə ən yüksək terror təhülkəsi “qırmızı” səviyyə elan edilib

Almatada Abilay xan küçəsində polislərə atəş açanlardan biri saxlanılıb, digəri axtarışdadır.

Bu barədə Nur.kz məlumat yayıb.

Şəhərdə ən yüksək terror təhlükəsi “qırmızı” səviyyə elan edilib.

Almata terrorizm ilə mübarizə üzrə əməliyyat qərargahı şəhərdə naməlum şəxslərin polislərə hücumu nəticəsində ölənlərin olduğunu təsdiqləyib, amma onların dəqiq sayı göstərilmir.

KİV-in məlumatına görə, hücum nəticəsində ən azı iki polis ölüb, bir neçə polis yaralanıb.


Oxşar xəbərlər