Futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsinin cavab qarşılaşmaları keçirilib.
Paytaxtın “Bakcell Arena” stadionunda “Qəbələ” klubu Macarıstanın MTK komandasını qəbul edib və 2:0 hesablı qələbə qazanıb.
Matçda hesabı 7-ci dəqiqədə Sergey Zenyov açıb. Qarşılaşmanın 37-ci dəqiqəsində Teo Uiks “Qəbələ”nin üstünlüyün iki topa çatdırıb.
Xatırladaq ki, bu komandalar arasında Macarıstanda keçirilən ilk oyunda Roman Qriqorçukun yetirmələri 2:1 hesabı ilə qələbə qazanmışdılar.
İki oyunun nəticəsinə görə (4:1) “Qəbələ” Avropa Liqasının III təsnifat mərhələsinə vəsiqə əldə edib.
Bu mərhələdə komandamızın rəqibi Fransanın “Lill” klubu olacaq.