Uels yığması “Avro-2016”-nın yarımfinalında

Uels yığması “Avro-2016”-nın yarımfinalında Britaniya təmsilçiləri Belçika komandasına qalib gəliblər

Futbol üzrə Avropa çempionatının ¼ final mərhələsinin növbəti qarşılaşması keçirilib.

Lillin “Pyer Morua” stadionunda Uels və Belçika komandaları üz-üzə gəliblər.

Matç Britaniya təmsilçilərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 13-dəqiqədə belçikalılar açıblar. Raca Naynqolan fərqlənib. 31-ci dəqiqədə Uels yığmasının kapitanı Eşli Uilyams oyunda tarazlığı bərpa edib. İlk hissə bu hesabla başa çatıb.

Qarşılaşmanın 55-ci dəqiqəsində Xal Robson-Kanu Uels komandasını hesabda irəli çıxarıb. Oyunda son nöqtəni isə 85-ci dəqiqədə Sem Vouks qoyub.

Avropa çempionatının yarımfinal mərhələsində Uels yığması Portuqaliya komandası ilə qarşılaşacaq.

Oxşar xəbərlər