Şəmkirdə toyda kütləvi dava olub.
Hadisə rayonun Bayramlı kəndində qeydə alınıb.
Kənd sakini, 1988-ci il təvəllüdlü Pərvin Kərimov toyda dava zamanı həmkəndliləri - 1976-cı il təvəllüdlü Nicat Cəfərov, onun qardaşı 1984-cü il təvəllüdlü Seymur Cəfərov və digər kənd sakini, 1983-cü il təvəllüdlü Mahmud Mahmudovu bıçaqlayıb.
Yaralılar dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir. Cinayəti törədən Pərvin Kərimov polislər tərəfindən saxlanılıb. Onun sərxoş vəziyyətdə cinayəti törətdiyi bildirilir.
Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.