Nardaranda kütləvi dava

Nardaranda kütləvi dava Saxlanılanlar var

Nardaran qohumlar arasında kütləvi dava olub.

APA xəbər verir ki, qəsəbə sakinləri Tural Fərəcullzadə, qardaşları Ağamehdi və Ramin dayısı, Naib Həbib oğlu Vəliyevin evinə gələrək dava salıblar.

Bu zaman səs-küyə gələn digər qohumlar, Sahib Zakir oğlu Əliyev və qardaşı Rza da davaya qoşulub. Nəticədə bir neçə nəfər xəsarət alıb.

Həyata keçirilən tədbirlər nəticəsində dava iştirakçıları R. Əliyev, S. Əliyev, R. Fərəcullzadə və N. Vəliyev tutulublar.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər