Göyçayda avtomobil 11 yaşlı oğlanı vurdu

Göyçayda avtomobil 11 yaşlı oğlanı vurdu Mırtı kənd məktəbinin şagirdi hadisə yerində dünyasını dəyişib

Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

qanuninfo.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Mırtı kəndində qeydə alınıb.

Rayon sakini Ayaz Osmanov idarə etdiyi 99-EV-471 dövlət nömrə nişanlı, “Ford” markalı avtomobillə hərəkətdə olarkən velosipedlə qarşısına çıxan Mırtı kənd sakini, 2004-cü il təvəllüdlü Əzizov Pərvin Saqif oğlunu vurub.

Hadisə zamanı ağır bədən xəsarətləri alan Pərvin Əzizov təcili olaraq Göyçay Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Mırtı kənd orta məktəbinin 5-ci sinif şagirdi Pərvin Əzizov orada dünyasını dəyişib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Oxşar xəbərlər