Bakıda yanğın hadisəsi qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının verdiyi xəbərə görə, Bakının Nizami rayonunda vətəndaşa məxsus dördmərtəbəli "Manqalüstü" restoranının dam örtüyündə tüstü borusunun üzərinə çəkilmiş izolyasiya 4 kv.m sahədə yanıb.
Restoranın dam örtüyü yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.