Moskvada yanğında 9 nəfər ölüb

Moskvada yanğında 9 nəfər ölüb Ölənlər Orta Asiya respublikalarının vətəndaşlarıdır

Moskvanın şərqində yerləşən tikiş müəssisəsində baş vermiş güclü yanğın nəticəsində 9 nəfər ölüb.

Bu barədə RİA Novosti-yə ölkənin fövqəladə xidmətindən məlumat verilib.

İlkin məlumata əsasən, ölən şəxslər Orta Asiya respublikalarının vətəndaşlarıdır.

Məlumata görə, müəssisənin 500 kv.m sahəsini əhatə etmiş yanğın gecə 01.55-də söndürülüb. Yanğının söndürülməsinə ümumilikdə 123 yanğınsöndürəndən ibarət 38 briqada cəlb olunub.

İlkin məlumata görə, yanğına səbəb elektrik avadanlıqda nasazlıq və odla ehtiyyatsız davranma olub.

Oxşar xəbərlər