Sumqayıtda avtobus avtomobillə toqquşub: Ölənlər var

Sumqayıtda avtobus avtomobillə toqquşub: Ölənlər var Sərnişinlər xəstəxanaya yerləşdiriliblər

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt şəhərinin Sülh küçəsində Ramil Tahirovun idarə etdiyi “Hyundai” markalı və şəhər sakini Şəmsəddin Nəcəfovun 3 saylı xətt üzrə idarə etdiyi “Isuzu” markalı avtomobillər toqquşub.

Nəticədə R.Tahirov və sərnişinlərindən Əzizə Əzimova hadisə yerində ölüb, digər 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Oxşar xəbərlər