Sumqayıtda ər arvadını öldürüb, intihara cəhd etdi

Sumqayıtda ər arvadını öldürüb, intihara cəhd etdi Adıgözəlov xəstəxanaya yerləşdirilib

Sumqayıtda qətl törədilib.

Sumqayıt şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Tağıyev qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1987-ci il təvəllüdlü Famil Adıgözəlov aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 1984-cü il təvəllüdlü Xalidə Adıgözəlovanı bıçaqlayaraq öldürüb. F. Adıgözəlov daha sonra özünə bıçaqla xəsarət yetirib.

O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Oxşar xəbərlər