Maskalı şəxslər yük avtomobilinə basqın edərək külli miqdarda pul apardılar

Maskalı şəxslər yük avtomobilinə basqın edərək külli miqdarda pul apardılar Polis əməliyyat-axtarış tədbirləri həyata keçirir

Sumqayıtda maskalı şəxslər yük avtomobilinə basqın edib.

Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Tağıyev qəsəbəsi, Yaşma bağlar sahəsi ərazisində qeydə alınıb.

Xızı rayon sakini Eldar Mirzəyevin idarə etdiyi “KamAZ” markalı avtomobilə basqın edən üç maskalı şəxs onu döyüb.

Cinayətkarlar E.Mirzəyevin əllərini lentlə bağlayaraq avtomobildə olan külli miqdarda pulu götürüb hadisə yerini tərk ediblər.

Hazırda polis hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri aparır.

Oxşar xəbərlər