Tovuz sakini 18 yaşlı bacısının boğazını kəsdi

Tovuz sakini 18 yaşlı bacısının boğazını kəsdi Faktla bağlı istintaq işi davam edir

İyunun 19-da Tovuzun Aşağı Quşçu kəndində törədilən qətlin üstü açılıb.

Kəndin Bələdiyyə sədri Tofiq Hüseynovun Report-a verdiyi məlumata görə, 18 yaşlı Günay Gülməmmədova qardaşı Ruslan Gülməmmədov tərəfindən qətlə yetirilib.

T.Hüseynov bildirib ki, hadisə qısqanclıq zəminində baş verib.

Qeyd edək ki, 1998-ci il təvəllüdlü Günay Gülməmmədovanın meyiti iyunun 19-da axşam saat 21:00 radələrində Tovuzun Aşağı Quşçu kəndində aşkar olunub. Gənc qızın boğazı kəsilərək çayın üzərindəki körpünün altına atılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər