Sumqayıtda qadını döyüb öldürdülər

Sumqayıtda qadını döyüb öldürdülər Dadaşovanın meyiti yol kənarında aşkar edilib

Sumqayıt şəhərində qətl törədilib.

qanuninfo.az xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, şəhər sakini, 1968-ci il təvəllüdlü Gülnaz Dadaşovanın üzərində xəsarətləri olan meyiti yol kənarında aşkar edilib.

İlkin olaraq polisə G.Dadaşovanın müəyyən edilməmiş avtomobillə vurulması və hadisə yerində ölməsi barədə məlumat verilib.

Həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində G.Dadaşovanın münaqişə zəminində həmyerlisi, 1975-ci il təvəllüdlü Elman Əhmədov tərəfindən döyülərək qətlə yetirilməsi müəyyən edilib. E.Əhmədov tutulub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Oxşar xəbərlər