SOCAR-ın işçisi faciəvi şəkildə öldü

SOCAR-ın işçisi faciəvi şəkildə öldü Hadisənin baş vermə səbəbləri araşdırılır

İyunun 20-də Kompleks Qazma İşləri Trestinin 1 saylı Anbar təsərrüfatı ərazisində avtokran vasitəsi ilə boruların yerdəyişməsi zamanı texniki kəmər açılıb, dağılan borulardan biri takelajçı, 1956-cı il təvəllüdlü Şahacanov Vladimir Fərhad oğlunun kürəyinə düşərək ona xəsarət yetirib.

SOCAR-ın saytı məlumat verir ki, dərhal hadisə yerinə çağrılmış təcili yardım maşını ilə o, Mərkəzi Neftçilər Xəstəxanasına aparılıb.

Həkimlərin səyinə baxmayaraq Vladimir Şahacanovun həyatını xilas etmək mümkün olmayıb.

Baş vermiş hadisə ilə bağlı müvafiq komissiya yaradılıb. Komissiyanın yekun rəyi ictimaiyyətə açıqlanacaq.

Oxşar xəbərlər