Azərbaycanda doğuş zamanı körpə öldü

Azərbaycanda doğuş zamanı körpə öldü Uşağın ölümündə həkimlər günahlandırılır

Bərdədə doğuş zamanı uşaq ölüb.

Yaxınlarının APA-ya verdiyi xəbərə görə, Ağdam rayon Paşabəyli kənd sakini 30 yaşlı Quliyeva Sevinc Əli qızı fevralın 6-da Bərdə Mərkəzi rayon Xəstəxanasına daxil olub.

Doğuş çətin olduğundan, ananın həyatını xilas etmək üçün, cərrahiyyə yolu ilə gerçəkləşdirilib. Lakin uşağın həyatını xilas etmək mümkün olmayıb.

S. Quliyevanın qaynanası Pəri Quliyeva açıqlamasında bildirib ki, onun nəvəsi həkim məsuliyyətsizliyindən tələf olub: “USM-də (ultrasəs müayinə) uşağın çəkisi 3.350 kq göstərilib.
Doğuşdan sonra həkimlər uşağın çəkisinin 4.500 kq çox olduğu deyiblər”.

S. Quliyevanın ailəsi Bərdə Doğum evinin həkimlərindən şikayətçi olacaqlarını bildiriblər.

Oxşar xəbərlər