Gəncədə ər keçmiş arvadını qanına qəltan etdi

Gəncədə ər keçmiş arvadını qanına qəltan etdi Cinayətkar saxlanılıb

Gəncədə qətl hadisəsi törədilib.

Hadisə mayın 8-də axşam saatlarında şəhərin ikinci hissəsi adlanan ərazisində, 31 saylı orta məktəbin yaxınlığında qeydə alınıb.

Gəncə şəhər sakini, 28 yaşlı Rövşən Ələsgərov küçədə keçmiş həyat yoldaşı 23 yaşlı Səmra Həsənovaya çox saylı bıçaq zərbələri endirərək ağır yaralayıb. Qadın dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilsədə onun həyatını xilas etmək mümükün olmayıb.

Hüquq mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində hadisə yerindən qaçan R. Ələsgərov saxlanılıb. Məlumata görə bir neçə il əvvəl boşanan R. Ələsgərovla S. Həsənovanın 2 azyaşlı oğlan övladları var.

Faktla hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Oxşar xəbərlər