Ermənistan prezidenti Serj Sarkisyanın qərarına əsasən Vaqinak Sarkisyan Ermənistan Silahlı Qüvvələrinin (SQ) Baş Qərargahının kəşfiyyət idarəsinin rəisi vəzifəsinə təyin edilib.
Bu barədə News.am saytı xəbər verir.
Xatırladaq ki, Ermənistan SQ-nin sabiq kəşfiyyat rəisi Arşak Karapetyan aprelin 26-da vəzifəsindən azad olunmuşdur.