Şarmazanov: Rusiya ilə sazişdə Qarabağın adı çəkilmir

Şarmazanov: Rusiya ilə sazişdə Qarabağın adı çəkilmir “Sazişin layihəsi əsasən mətn ilə tanış olmayan şəxslər tərəfindən tənqid edilir”

Rusiya və Ermənistan Raket Əleyhinə Müdafiə Sistemlərinin (RƏM) birləşdirilməsinə dair razılaşmada Dağlıq Qarabağın adı çəkilmir.

Bu barədə Ermənistan parlamentinin vitse-spikeri, hakim Respublika partiyasının mətbuat katibi Eduard Şarmazanov bildirib.

“Bu sazişdə Qarabağ ilə bağlı nə bir hərf, nə də bir vergül yoxdur”, - Şarmazanov jurnalistlərə Ermənistan icra orqanının iclasından sonra bildirib.

O vurğulayıb ki, saziş Ermənistana Rusiyanın RƏM sistemlərindən istifadə imkanları yaradacaq.

Vitse-spikerin sözlərinə görə, sazişin layihəsi əsasən mətn ilə tanış olmayan şəxslər tərəfindən tənqid edilir.

“Sazişdə söhbət Rusiyanın Belarus və ya Qazaxıstan ilə olduğu kimi “yeganə” RƏM sistemindən deyil, Rusiya və Ermənistanın “birləşmiş” RƏM sistemindən gedir. Bu isə o deməkdir ki, tərəflər öz müstəqilliyini qoruyub saxlayacaq” – Şarmazanov bildirib.

Oxşar xəbərlər