“Zvezda” Azərbaycana qarşı təxribata yol verdi

“Zvezda” Azərbaycana qarşı təxribata yol verdi Saakyan “Artsax”ın rəhbəri kimi təqdim olunub

Rusiya Müdafiə Nazirliyinin rəsmi telekanalı “Zvezda” reportajlarından birində Dağlıq Qarabağı müstəqil respublika kimi təqdim edib.

APA xəbər verir ki, yanvarın 28-də efirə gedən, Ermənistan Silahlı Qüvvələrinin yaranmasının 24-cü ildönümünə həsr olunmuş reportajda Ermənistan prezidenti Serj Sarkisyanın və Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyanın “Erablur” hərbi panteonunu ziyarət etdiyi bildirilib, B.Saakyan “Artsax”ın – “Dağlıq Qarabağ Respublikası”nın rəhbəri kimi təqdim olunub.

Xatırladaq ki, “Zvezda” media qrupuna məxsus “Zvezda” kanalı Rusiya Müdafiə Nazirliyinin rəsmi telekanalıdır.

Oxşar xəbərlər