Rusiya Ermənistan və Azərbaycana maraqlar tarazlığını gözləyərək silah satır.
Bunu Rusiya baş nazirinin müavini Dmitri Roqozin deyib.
“Biz Ermənistan və Azərbaycana maraqlar balansını gözləyərək silah satırıq”, - Roqozin “Exo Moskvı” radiostansiyasının efirində bildirib.
Bununla yanaşı, o vurğulayıb ki, Rusiya tərəflərdən hər hansı birinə silah satışını dayandıran kimi, onun yerini dərhal ABŞ və ya başqa dövlətlər tutacaq.