200 mln. dollar ixrac krediti çərçivəsində Rusiyadan Ermənistana silah tədarükü başlayıb.
Bu barədə Ermənistanın Baş naziri Ovik Abramyan bildirib.
“Proses plana uyğun gedir. Heç bir problem yoxdur”, - deyə, Abramyan bildirib.
Bu mövzunun Rusiyanın Baş naziri Dmitri Medvedevin mayın 20-də Yerevana səfəri zamanı müzakirə edilib-edilməməsi barədə sualı isə Abramyan belə cavablandırıb:
“Biz həmişə fürsətdən istifadə edirik”.