Elmar Qasımov “World Masters”də birinci oldu

Elmar Qasımov “World Masters”də birinci oldu Həlledici görüşdə Qasımov fransalı Siril Marenə ipponla yenərək qalib gəlib

Daha bir Azərbaycan cüdoçusu Meksikanın Qvadalaxara şəhərində keçirilən “World Masters” turnirində uğura imza atıb.

Turnirin sonuncu yarış günündə Elmar Qasımov (100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarıb.

Həlledici görüşdə Qasımov fransalı Siril Marenə ipponla yenərək qalib gəlib.

Beləliklə, 2 qızıl, 2 bürünc medal əldə edən Azərbaycan millisi 51 ölkənin qatıldığı “World Masters”i kişilərin sıralamasında 1-ci, ümumi sıralamada 2-ci pillədə başa vurub.

Oxşar xəbərlər