Tofiq Bəhramov adına Respublika Stadionunda futbol üzrə Azərbaycan kubokunun final görüşü keçirilib.
Həlledici matçda “Qarabağ” və “Neftçi” klubları qarşılaşıblar.
Oyun ağdamlıların minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Matçda yeganə qolu 120-ci dəqidədə Miçel Madeyra vurub.
Beləliklə, “Qarabağ” bu mövsüm Azərbaycan çempionatı və Kubokunda qalib gələrək “qızıl dubl edib.