Çempionlar Liqasında ilk finalçı müəyyənləşdi

Çempionlar Liqasında ilk finalçı müəyyənləşdi Müller əlinə düşən imkanı boşa verib

Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

Ilk oyun günündə “Bavariya” və “Atletiko” qarşılaşıblar.

Madriddə keçirilmiş ilk görüşdə “Atletiko”ya uduzan (0:1) “Bavariya” öz meydanında məğlubiyyətin əvəzini çıxa bilsə də, bu, finala çıxmaq üçün yetərli olmayıb.

"Atletiko" 2:1 hesabla məğlub olsa da, səfərdə vurduğu qolun verdiyi üstünlüklə ilk finalçı olub.

Çempionlar Liqası
Yarımfinal mərhələsi, cavab oyunları
3 may

“Bavariya” (Almaniya) – “Atletiko” (İspaniya) - 2:1
Qollar: Xabi Alonso, 31, Levandovski, 74 - Qrizman, 54
İstifadə olunmayan penaltilər: Müller, 34 (qapıçı) - Torres, 84 (qapıçı)

İlk oyun - 0:1
Hakimlər: Cüneyt Çakır, Çem Satman, Tarık Ongün, Sərkan Ok
Əlavə köməkçi hakimlər: Hüseyin Göçək, Barış Şimşək (hamısı Türkiyə)
Münhen. “Allyanz Arena”

Oxşar xəbərlər