Türkiyədə 60 yaşlı O.Səmra 75 yaşlı əri O.Rəcəbə 15 bıçaq zərbəsi vuraraq qətlə yetirib.
Ordu vilayətinin Altınordu rayonunda münaqişə zamanı ərini öldürən qadın məhkəməyə gedərkən bildirib:
“Həmişə ərlər arvadlarını öldürürlər, qoy bu dəfə də arvad ərini öldürsün”.
Məhkəmə, həmçinin qadına ərini öldürməkdə yardım edən 19 yaşlı qızının həbsinə dair qərar çıxarıb.