ABŞ-da valideynlər öz oğullarını acından öldürdülər

ABŞ-da valideynlər öz oğullarını acından öldürdülər Ölən zaman uşağın çəkisi 8 kq-dan az olub

ABŞ-ın Pensilvaniya ştatında Harriburq məhkəməsi oğullarını acından öldürən Carred və Kimberli Tatko cütlüyünə hökm çıxarıb, bu barədə TASS məlumat yayıb.

Məhkəmənin qərarı ilə 39 yaşlı Carred 42 il həbs cəzası alıb, onun 40 yaşlı arvadı Kimberli isə barmaqlıq arxasında ondan iki il az qalmalı olacaq.

Məhkumlar 20 ildən sonra təcili azad olmaya ümid edə bilərlər.

Onlar məhkəmədə autizmdən əziyyət çəkən 9 yaşlı Carred adlı oğullarını uzun müddət ac saxladıqlarını etiraf ediblər.

Valideynlər uşağı ayrı otaqda, insanlıqdan kənar şəraitdə saxlayıblar və otaqdan çıxmağa icazə verməyiblər. Məhkəmədə uşağın ölüm zamanı çəkisinin 8 kq-dan az olduğu bildirilib.

Carred ailədəki altı uşaqdan biri olub. Tatko ailəsində böyüyən digər beş uşaq psixi pozğunluqdan əziyyət çəkirlər.

Avqust ayında evə gələn polis Carredin cəsədini aşkar edib, bundan başqa oğlanın yanında ölüm ayağında olan 10 yaşlı bacısı da olub. Qızı xilas etmək mümkün olub.

Oxşar xəbərlər