Qəzəbli qoca qətlə yetirdiyi arvadından sonra çox yaşamadı

Qəzəbli qoca qətlə yetirdiyi arvadından sonra çox yaşamadı Onlar tez-tez dalaşırdılar

Bakının Pirallahı rayonunun əməliyyatçıları ahıl cütlüyün meyitini aşkarlayıblar.

Bu barədə Sputnik-ə Pirallahı rayon Polis İdarəsindən bildiriblər.

Qətl hadisəsi rayonun 29-cu kvartalında, 15 saylı mənzildə törədilib. Mənzildə 1928-ci il təvəllüdlü Hacı Əli oğlu Əmirov və həyat yoldaşı, 1933-cü il təvəllüdlü Sona İsmayıl qızı Əmirova yaşayırdı. Qadının üzərində zorakılıqla qətlə yetirilmə əlamətləri aşkar edilib.

Əmirova başından küt alətlə vurulan zərbədən dünyasını dəyişib, cinayətkar onu mətbəxdə haqlayıb. Ərinin bədənində isə heç bir xəsarət yoxdur. 88 yaşlı Hacı Əmirovun meytini kriminalistlər yataq otağında çarpayıda aşkar ediblər. Məhkəmə-tibbi ekspertizanın ilkin məlumatına görə, ölüm mart ayının 2-də baş verib.

İlkin istintaq zamanı ər-arvad arasında münaqişə baş verdiyi və münaqişə zamanı kişi arvadının başına endirdiyi zərbədən ölməsi müəyyənləşdirilib. Özünü pis hiss edən Hacı yataq otağına gedib və ürək partlamasından öldüyü ehtimal edilir. Məlumdur ki, Əmirov buna qədər miakard infarkt keçirib.

Məlumata görə, onlar tez-tez dalaşırdılar.

Hüquq-mühafizə orqanı əməkdaşları “Əmirovların evində nə baş verib?” sualına cavab verməyə çətinlik çəkirlər.

Əmirovun arvadını öldürüb, sonra da özünü öldürdüyü ehtimal edilir. Amma bu, hələ ki, ilkin versiyadır.

Hadisə yerinə istintaq-əməliyyat qrupu gedib.

Oxşar xəbərlər