İtaliya “pizza”sı UNESCO-nun maddi irs siyahısında

İtaliya “pizza”sı UNESCO-nun maddi irs siyahısında Komissiyanın seçimi “Marqarita” olub

İtaliya “pizza”nı UNESCO-nun dünya maddi irs siyahısına salınması təklifini irəli sürüb.

Bu barədə “Sole 24 ore” nəşri məlumat yayıb.

Məlumata görə, bu qərar UNESCO-nun İtaliyada Milli Komissiyasının üzvləri tərəfindən yekdilliklə qəbul edilib.

Komissiyanın seçimi “Marqarita” olub. Belə ki, kənd təsərrüfatı naziri Mauritsio Martinin fikrincə, məhz bu “pizza” İtaliyanı bütün dünyada təmsil edir.

İndi İtaliyanın rəsmi müraciəti UNESCO-ya daxil olacaq, orada bu müraciəti 2017-ci ilə qədər 200 ölkə nəzərdən keçirəcək. Müraciətin baxılmasını belə uzun sürməsinin səbəbi indiyə qədər Ümumdünya irs siyahısına daha öncə qida maddəsinin daxil edilməməsidir.

Oxşar xəbərlər