Soyuq müharibənin “qəhrəmanları” İŞİD-ə qarşı

Soyuq müharibənin “qəhrəmanları” İŞİD-ə qarşı B-52 düşmənin obyektlərinə zərbə endirib

Amerkanın strateji bombardmançısı ilk dəfə İraqda İŞİD terror qruplaşmasına qarşı əməliyyatda iştirak edib.

ABŞ HHQ-də verilən izahata görə, hədəf Kayara şəhərində terroçulara məxsus olan silah anbarı olub.

ABŞ SQ komandanlığının Yaxın Şərqdəki nümayəndəsi Stiven Uorrenin sözlərinə görə, B-52 düşmənin obyektlərinə zərbələr endirməyə davam edəcək.

B-52 – ikinci nəsil ağır uzaqməsafəli strateji bombardmançı raketdaşıyıcıdır, 1955-ci ildən ABŞ istifadəsindədir, Soyuq müharibənin rəmzlərindən biridir.

Bu qəbildən olan təyyarələr Yaxın Şərqdə ilk dəfə 1991-ci ildə “Səhrada tufan” əməliyyatında istifadə edilərkən yerləşdirilib.

Oxşar xəbərlər