Kanadanın baş naziri Castin Tryudo Torontoda gey-paradda iştirak edəcək.
Bu barədə CBC telekanalı tədbirin təşkilatçılarına istinadən məlumat yayıb.
Parad iyulun 3-də baş tutacaq. Hazırkı baş nazir bu qəbildən olan tədbirdə iştirak edən ilk baş nazir olacaq.
“Yenidən orada olmağı səbirsizliklə gözləyirəm, bu dəfə artıq baş nazir qismində”, - Tryudo gey-paradda öz iştirakını Twitter-dəki mikrobloqunda şərh edib.
Tryudodan başqa paradda Kanadanın maliyyə naziri Bill Morno, Ontarionun baş naziri Ketlin Uinn və Torontonun meri Con Tori iştirak edəcək.