Roqozinin Bakı səfərinin sirri məlum oldu

Roqozinin Bakı səfərinin sirri məlum oldu Məmmədyarov Azərbaycanın narazıçılığının səbəbini açıqlayıb

Rusiya və Azərbaycan arasında həll olunmamış maliyyə məsələlərinin olması barədə məlumat həqiqətəuyğun deyil. Biz bütün müvafiq müqavilələri ödəyirik.

Bu barədə “Kommersant”a verdiyi müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Onun sözlərinə görə, bu müqavilələrin yerinə yetirilməsində problemlər mövcuddur.

“O mənada ki, Azərbaycana tədarük olunan silah müqavilələrdə qeyd olunan parametrlərə uyğun olmalıdır. Dmitri Roqozinin Bakıya səfəri məhz bu parametrlərlə bağlı problemlərə aydınlıq gətirmək məqsədi ilə baş tutmuşdu. Hazırda məsələ ilə bağlı bütün suallara aydınlıq gətirilib”, - nazir bildirib.

Nazir hesab edir ki, əsas malın kondision olmasıdır.

“Təkrar edirəm: ödənişlərlə bağlı heç bir problem yoxdur. Əsas malın kondision olmasıdır. Sazişin həyata keçirilməsinə dair hər şey plan üzrə gedir. Bir neçə konkret silah növünün texniki parametrlərinin korrektə edilməsi lazımdır.

Bu isə Dmitri Roqozinin sözlərinə görə, tezliklə ediləcək. Azərbaycanın Rusiya ilə hərbi-texniki əməkdaşlıq sahəsində əlaqələri kommersiya prinsiplərinə uyğun şəkildə və qarşılıqlı sərfəli əməkdaşlıq əsasında uğurla inkişaf edir”.

Qeyd edək ki, Roqozinin Bakıya səfərini bir sıra Rusiya və erməni KİV-i, guya ki, Azərbaycan tərəfindən ödəmələrin tənzimlənməsi problemi ilə əlaqədar olduğunu yazırdı.

Oxşar xəbərlər