
Nəsimi rayon Məhkəməsi Fuad Qəhrəmanlı barədə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edib.
qanuninfo.az-nun APA-ya istinadən məlumatına görə, F. Qəhrəmanlı Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar) və 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur.
Onu vəkil Fəxrəddin Mehdiyev müdafiə edib.
Qeyd edək ki, F. Qəhrəmanlı Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavinidir.