Vergilər Nazirliyində Vergi risklərinin təhlili və nəzarəti baş idarəsi yaradılıb. İlkin Vəliyev idarəyə rəhbər təyin edilib.
Bunu Trend-ə Vergilər Nazirliyindən deyiblər.
İ.Vəliyev daha əvvəl İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsinin rəisi vəzifəsini tutub. Hazırda bu vəzifə vakant qalır.