“Coca-Cola Azərbaycan” Vergilər Nazirliyinə qarşı

“Coca-Cola Azərbaycan” Vergilər Nazirliyinə qarşı Məhkəmə qərar qəbul etdi

“Azərbaycan Coca-Cola Bottlers Limited” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Azərbaycan Vergilər Nazirliyi (VN) yanında Bakı Vergilər Departamentinə qarşı apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

Hakim Valeh Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı qərardad ləğv edilib, iş yenidən baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə qaytarılıb.

Qeyd edək ki, “Azərbaycan Coca-Cola Bottlers Limited” MMC VN yanında Bakı Vergilər Departamentini məhkəməyə verib.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən “Coca-Cola” departamentinin qərarının ləğv olunması, hesablanmış və dövlət büdcəsinə ödənilmiş pulun qaytarılması barədə tələb irəli sürüb. Məhkəmə iddianı mümkünsüz hesab edib.

Qərardan narazı qalan MMC apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Oxşar xəbərlər