Qağaməli Seyfullayev, “Neftqaztikinti” trestinin müdiri kimi ölkəmizin enerji sektorunda dayanıqlı inkişafın təmin edilməsində misilsiz rol oynayan bir liderdir. Onun rəhbərliyi altında trest yalnız texniki və iqtisadi nailiyyətlər qazanmaqla kifayətlənmir, həm də sosial məsuliyyət və vətəndaşlara qayğı prinsiplərinə sadiq qalır. Hər bir layihə, hər bir iş günü onun üçün vətənə xidmət və dövlətin maraqlarını qorumaq deməkdir.O, rəhbərlik etdiyi kollektivdə peşəkarlığı, intizamı və innovativ yanaşmaları ön plana çıxarır. Trestin iş prosesində istifadə olunan hər bir texnologiya, görülən hər bir iş onun diqqətli nəzarəti və strateji planlaşdırması ilə həyata keçirilir. Qağaməli Seyfullayev işçilərin bacarıqlarını inkişaf etdirməyi, onları motivasiya etməyi və komandada həmrəyliyi təmin etməyi öz əsas vəzifələrindən biri kimi qəbul edir.
Rəhbərlik etdiyi trestdə təhlükəsizlik və ətraf mühitin qorunması da onun prioritetlərindən biridir. O, modern texnologiyaların tətbiqi və yüksək peşəkarlığın birləşdiyi mühitdə işin həm sürətli, həm də təhlükəsiz aparılmasına xüsusi diqqət yetirir. Hər bir layihənin vaxtında və keyfiyyətli şəkildə tamamlanması onun rəhbərliyinin uğurlarını göstərir.
Qağaməli Seyfullayevin fəaliyyəti yalnız texniki nailiyyətlərlə məhdudlaşmır. O, sosial məsuliyyət məsələlərinə də xüsusi önəm verir. Şəhid ailələri, qazilər və aztəminatlı ailələr onun daim diqqətindədir. Onların rifahının yaxşılaşdırılması, ehtiyaclarının qarşılanması üçün şəxsi təşəbbüslər göstərməsi onun insanpərvərliyini və vətənpərvərliyini ortaya qoyur. Hər bir yardım və dəstək addımı onun səmimiyyətlə dövlətçiliyə sadiqliyini əks etdirir.
O, Azərbaycan Prezidenti cənab İlham Əliyevə olan sadiqliyini fəaliyyətində aydın nümayiş etdirir. Dövlət proqramlarının icrasına xüsusi diqqət yetirir, trestdə həyata keçirilən layihələrin milli iqtisadiyyat və enerji təhlükəsizliyi üçün əhəmiyyətini hər zaman ön plana çıxarır. Qağaməli Seyfullayev üçün rəhbərlik vəzifəsi yalnız idarəetmə deyil, həm də dövlətin etimadını doğrultmaqdır.
Trestin layihələrində onun fəal iştirakı və rəhbərliyi, xüsusən mürəkkəb inşaat və neft-qaz infrastrukturu işlərində, işin hər mərhələsində keyfiyyət və təhlükəsizliyi təmin edir. Hər bir texniki qərar, hər bir strategiya onun mükəmməl planlaşdırma və dərin biliklərindən doğur. O, həm rəhbər, həm də mentor olaraq işçilərinə nümunə göstərir, onların peşəkar inkişafını təmin edir.
Qağaməli Seyfullayevin fəaliyyətində insan kapitalına verdiyi önəm xüsusilə diqqət çəkir. O, yalnız texniki layihələri idarə etmir, həm də işçilərin sosial rifahı, təhsili və inkişafı üçün davamlı proqramlar həyata keçirir. Onun rəhbərliyi altında trest həm effektiv, həm də əməkdaşlarına qayğı göstərən bir iş mühiti formalaşdırır.
O, vətənpərvərliyi ilə tanınır. Hər bir layihənin ölkənin iqtisadi və enerji təhlükəsizliyi üçün əhəmiyyətini nəzərə alaraq, məsuliyyətlə və vicdanla fəaliyyət göstərir. Qağaməli Seyfullayev üçün hər bir uğur dövlətə xidmətin, hər bir layihə isə xalqın rifahına töhfənin bir hissəsidir.
Onun rəhbərliyi altında “Neftqaztikinti” tresti, texniki uğurları ilə yanaşı, sosial və humanitar fəaliyyətləri ilə də fərqlənir. Şəhid ailələri və qazilərə göstərilən dəstək, işçilərin sosial rifahı və dövlətin inkişafına verdiyi töhfələr onun fəaliyyəti ilə birbaşa bağlıdır. Qağaməli Seyfullayevin iş prinsipləri həm müasir idarəçilik, həm də vətənpərvərlik nümunəsi kimi dəyərləndirilir.
Qağaməli Seyfullayev, peşəkarlığı, dövlətə və vətənə sadiqliyi, həmçinin insanlara qayğı göstərməsi ilə “Neftqaztikinti” trestinin rəhbəri olaraq həm işçilər üçün nümunə, həm də ölkə üçün əvəzsiz bir liderdir. Onun fəaliyyəti dövlətin inkişafına, xalqın rifahına və milli dəyərlərin qorunmasına xidmət edən bir həyat yoludur.
“Neftqaztikinti” trestinin müdiri Qağaməli Seyfullayev - Azərbaycanda həyata keçirilən müasir iqtisadi quruculuğun əsas hədəfləri dövlət-özəl və biznes sektorlarında rəqəmsal infrastrukturun genişləndirilməsi və transformasiyanın sürətləndirilməsi, iqtisadiyyatın rəqabətliliyin yaxşılaşdırılması, innovasiya əsaslı inkişafın təşviqi, rəqəmsal bacarıqların gücləndirilməsi, eləcə də rəqəmsal iqtisadi fəaliyyətlərin dayanıqlığının artırılmasıdır.
Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirənin keçirilməsi müasir rəqəmsal iqtisadiyyat quruculuğu yolunda yeni həll yollarını müəyyən etmək, rəqəmsal inkişaf və süni intellekt sahəsində fundamental addımlar atmaq, rəqəmsal dünyanın verdiyi imkanları fürsətə çevirmək baxımından mühüm əhəmiyyət daşıyır. Ölkənin Asiya ilə Avropa arasındakı strateji coğrafi mövqeyi, mövcud nəqliyyat və enerji infrastrukturları isə rəqəmsal dəhlizlərin qurulması üçün güclü əsasa malikdir.
Azərbaycan rəqəmsal inkişaf mərhələsinə çatmaq, yeni texnologiyaların, İKT-nin və süni intellektin geniş tətbiqi yolu ilə rəqəmsal intibaha nail olmaq üçün qarşısına konkret hədəflər qoyub. Bu istiqamətdə geniş xarakter alan dərin və əhatəli islahatlar isə rəqəmsal inkişafın ölkə iqtisadiyyatında əlavə dəyər yaradan dayanıqlı sektora çevrilməsi üçün dövlətin iradə və qətiyyətini nümayiş etdirir. Dövlət başçısının bəyan edildiyi kimi, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir.
Rəqəmsal iqtisadiyyatın formalaşdırılması istiqamətində son illərdə mühüm institusional və praktiki addımlar atılmaqdadır ki, bu da rəqəmsal transformasiya üçün dayanıqlı bazanın yaradılmasına imkan verir. Dövlət idarəçiliyində rəqəmsallaşmanın genişləndirilməsi məqsədilə “Hökumət buludu” yaradılıb, “SİMA” Biometrik İmzanın təqdim edilməsi elektron mübadilələri dərinləşdirib, “Mygov” uğurlu model kimi istifadəçilərin rəqəmsal ünvanına çevrilib.
İnnovasiyanın simalarından olan startap və texnopark rezidentlərinin sayı artır və bütün bu texnoloji innovasiya alətləri Azərbaycanın milli dəyər və divident rezervlərini möhkəmləndirir. Maliyyə sektorunda 30-dan çox “FinTech” subyekti fəaliyyət göstərməkdədir və bu, ölkədə nağdsız ödənişlərin payının sürətlə artmasına təkan verib.
Müasir iqtisadi şərait və qlobal fraqmentasiyalar iqtisadiyyatın sürətli inkişafı üçün rəqəmsal infrastrukturun müasirləşdirilməsini, yeni rəqəmsal bizneslərin təşviqini, startap və innovasiya yönümlü ekosistemin dəstəklənməsini, iqtisadi qərarvermədə data əsaslı analitikanın tətbiqini zəruri edir. Həmçinin Azərbaycanın xarici iqtisadi innovasiya zəncirinə sıx qoşulması və yenilikçi texnologiyaların ölkəyə gətirilməsində nümayiş etdirdiyi iradə beynəlxalq rəqəmsal inteqrasiyanı da dərinləşdirməkdədir. Məhz bu vacib inkişaf meyarlarına çatmaq üçün rəqəmsal arxitektura quruculuğu hədəf siyasətinin əsas prinsiplərini təşkil edir.
Bütün bunlarla, bərabər rəqəmsal arxitekturanı möhkəmləndirmək üçün yeni reallıqlara uyğun yanaşmalar, texnoloji inqilabın meyarlarına çatmaq üçün əlavə tətbiqlərə ehtiyac vardır. “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026‒2029-cu illər üçün Strategiya” sənədi bu prinsiplərə çatmaq üçün yol xəritəsi hesab olunur.
Ölkəmizin qlobal etimad amilləri rəqəmsal intibaha çatmaq üçün bir sıra üstünlüklər qazandırır. Bu üstünlüklərdən biri də əlverişli sərmayə mühitidir. Məlumdur ki, qabaqcıl texnologiyalara sərmayələrin davamlı axını rəqəmsal transformasiyanın həlledici şərtlərindən biridir. Bu konteksdən yanaşdıqda dövlətinin qarşısında duran həlli vacib məsələlərdən biri də texnoloji investisiyaların cəlbinin genişləndirilməsidir.
Azərbaycan iqtisadiyyatına son 20 il ərzində 350 milyard dollardan çox kapital yatırılıb ki, onun əhəmiyyətli hissəsi xarici sərmayələrdir. Eyni zamanda, xarici investisiyaların qorunması üçün mükəmməl qanunvericilik bazası mövcuddur. Yəni, 30 ildən çox xarici tərəfdaşlıq və möhkəm etimad göstəricisi üzərində qazanılmış etibar rəqəmsal şirkətlərlə yeni texnoloji kapitalın yatırılmasına güclü zəmanətlər verir.
Azərbaycanın geoiqtisadi üstünlüklərindən biri də dünyanın nüfuzlu maliyyə institutları ilə tərəfdaşlığın möhkəmlənməsidir. Bu çərçivəyə əsasən, dünyanın böyük maliyyə resurslarını idarə edən qlobal fondlarla əlaqələr hədsiz dərəcədə möhkəmlənib. Dövlət Neft Fondu uzun illərdir bu təsisatlarla əməkdaşlıq edir və o təsisatlar vasitəsilə Azərbaycanın valyuta ehtiyatlarının bir hissəsi idarə olunur.
Burada dünyanın super iqtisadi gücü ABŞ ilə texnoloji əməkdaşlığı xüsusi vurğulamaq lazımdır. Cənab Prezidentin də xatırlatdığı kimi, hazırda rəqəmsallaşma, süni intellekt sahələrində aparıcı şirkətlərin səhmlərinin bir hissəsi Amerika fondlarının sərəncamındadır. ABŞ ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının mühüm bəndlərindən biri texnologiyalar, data mərkəzləri, rəqəmsallaşma, süni intellekt sahəsində Amerika şirkətləri ilə sıx əlaqələrin gücləndirilməsini nəzərdə tutur.
Eləcə də, Avropa İttifaqına üzv 10 ölkə ilə strateji tərəfdaşlıq sənədlərinin qüvvədə olması Azərbaycanda yeni nəsil texnoloji infrastrukturun qurulmasında mühüm rol oynayacaq. Eyni zamanda, ötən il Çin Xalq Respublikası ilə imzalanmış hərtərəfli Strateji Tərəfdaşlıq sənədi innovasiya və rəqəmsal inkişafa keçiddə güclü təminatlar deməkdir. Bu məqamları nəzərə aldıqda, dünyada bu qədər üstünlüyü olan ikinci ölkə tapmaq çətindir.
Rəqəmsal ekosistemin ən mühüm xüsusiyyətlərindən biri generasiya əsasında dayanıqlı rezervlərinin formalaşdırılmasıdır. Bunun üçün ənənəvi və alternativ enerji mənbələri əsas rol oynayır ki, ölkəmiz öz enerji generasiya gücünü böyük dərəcədə artıraraq 10 min meqavata çatdırıb. Hazırda Azərbaycanın ən azı iki min meqavat istifadə edilməyən generasiya gücü var ki, rəqəmsal uğurun açarlarından biri olan data mərkəzlərinin enerji dayanıqlılığının təmin olunmasına imkan verir. Eləcə də bərpaolunan enerji mənbələri gücünün artırılması səmərəlilik əmsalını artırır.
Azərbaycanın generasiya gücündə yaxın dövr üçün əsas rezerv “yaşıl enerji” olacaq. Bu isə xarici tərəfdaşlarla birgə “yaşıl enerji” kabellərinin çəkilişi, Xəzər dənizi‒Qara dəniz‒Avropa fiber-optik nəql tranzitinin gerçəkləşməsində mühüm rol oynayacaq. Mövcud coğrafi vəziyyətimiz texnoloji və süni zəka məhsullarının əsas ixrac marşrutları üçün xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, Şərqə doğru bağlantılar təmin ediləcək, Qərbə doğru isə yeni bağlantılar üzərində iş aparılacaq.
Beynəlxalq təcrübə göstərir ki, dövlət, biznes və cəmiyyətin birgə fəaliyyətini nəzərdə tutan vahid yanaşma uğurlu rəqəmsal iqtisadiyyat strategiyasını təmin edə bilir. Cənab Prezident bu məsələyə, o cümlədən kadr hazırlığına da toxundu və müvafiq tapşırıqlar verdi. Bu cəhətdən rəqəmsal transformasiyada özəl sektorun payının gücləndirilməsi, cəmiyyətin bacarıqlarının, xüsusilə də startap və süni intellekt sahəsində fərdi istedadların fəaliyyətinin stimulaşdırılması, eləcə də dövlət tərəfindən yeni institusional islahatların aparılması fəaliyyət planında mühüm yer tutacaq.
Süni intellekt idarəetmə sistemində optillaşdırmaya töhfə verdiyindən onların dövlət qurumlarında tətbiqinin geniş vüsət alması da tələblərdən biridir. Cənab Prezidentin bu məsələyə öncül istiqamətlərdən biri kimi diqqət yetirməsi həm də məmur-vətəndaş münasibətlərinin səmərəliliyi və dövlət aparatının iş yükünün azalması baxımından vacibdir. İnkişaf etmiş bəzi ölkələrdə dövlət məmurlarının gündəlik fəaliyyətinə də süni intellekt agentləri yardımçı olur. Ona görə ölkəmizdə də süni intellektin həmin məqsədlərə fokuslanması və rəhbər orqanlarında təmsil olunan şəxslərin bu texnologiyalardan geniş istifadəsi də rəqəmsal gündəlikdə yer alacaq. Həmçinin özəl sektorda da eyni yanaşmanı təmin etmək üçün dəstək mexanizmləri işlənəcək.
Rəqəmsal strategiyanın digər komponentlərindən biri də kibertəhlükəsizlikdir. Mühüm sahələrdən biri olan kibertəhdidləri dəf etmək üçün Azərbaycanda unikal sistem qurulub, Kibertəhlükəsizlik Mərkəzi fəaliyyət göstərir. Hazırda dövlət qurumlarına qorunan telekommunikasiya kanalları, təhlükəsiz internet bağlantısı və mərkəzləşdirilmiş elektron poçt xidməti təqdim olunub ki, bu addımlar kibertəhlükələrin artdığı dövrdə dövlətin informasiya təhlükəsizliyinə peşəkar və kompleks yanaşmasını təmin edir. Ancaq bununla yanaşı, informasiya təhlükəsizliyinin, kibermüdafiənin gücləndirilməsi də əsas diqqətdə saxlanılan məsələlərdəndir və bu sahədə dünyanın aparıcı şirkətləri ilə təmasların daha sıx olması vacib hesab edilir.
Ümumilikdə, Azərbaycanın başlıca məqsədi qeyd edilən üstünlüklərin hər birindən səmərəli istifadə etməklə rəqəmsal arxitekturanı dayanıqlı və çevik inkişaf modelinə çevirərək iqtisadiyyatın rəqəmsal sektorunda ÜDM-də payının artırılmasına nail olmaqdır. Eyni zamanda, rəqəmsal xidmətlərin keyfiyyətinin və əlçatanlığının yüksəldilməsi, iqtisadi sektorlarda rəqəmsal texnologiyaların tətbiq səviyyəsinin genişləndirilməsi və rəqəmsal bacarıqlara malik ixtisaslı kadrların sayının artırılması sayəsində ölkəmizin regional rəqəmsal mərkəzə çevrilməsi də gerçəkləşəcək.
Beləliklə, dövlət başçısının müşavirədə verdiyi mühüm tapşırıqlar həm rəqəmsal strategiyadan irəli gələn mühüm prioritetlərə nail olmaq, həm də yeni sənaye inqilabı və rəqəmsal transformasiyaya tranziti tezləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan rəqəmsal dünyada özünəməxsus yeri tutmaq üçün bütün zəruri vasitələrə malikdir. Strateji üstünlüklər, beynəlxalq dəstək və daxili islahatlar ölkəni bu istiqamətdə uğura aparacaq.