Fransa Prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpini "Avropanın düşmənləri" siyahısına daxil edib .AFP xəbər verir ki, MakronAvropanı hərəkətə keçməyə və dünyadakı təsirindən istifadə etməyə çağırıb.
Makron bildirib ki, ABŞ prezidentinin, Rusiya prezidentinin və Çin prezidentinin avropalılarla qarşı-qarşıya gəldiyi unikal bir an olduğunu qiymətləndirməməliyik.
O, uzun müddətdir ki, Avropanı ABŞ-a güvənmək əvəzinə, öz təhlükəsizliyini gücləndirməyə çağırıb və cümə günü NATO-nun daha güclü Avropa qoluna çağırışını təkrarlayıb.
Makron NATO-nun üzvlərin hücuma məruz qaldığı təqdirdə bir-birlərinə kömək etmələrini tələb edən qarşılıqlı müdafiə prinsipinə toxunaraq 5-ci maddə ilə bağlı artıq şübhələrin olduğunu qeyd edib.
Makron əlavə edib ki, bu şübhələr əslində alyansın gücünü zəiflədir.