Bakının mərkəzində görünən "Tbilisi turu" yazılı avtobusla bağlı - AÇIQLAMA

Bakının mərkəzində görünən Son günlər Bakının mərkəzində, daha dəqiq desək, Qoşa Qala qapılarının yaxınlığında üzərində “Azərbaycan - Tiflis turu” yazılmış avtobusların görünməsi böyük marağa səbəb olub. Bəzi iddialara görə, bu marşrutun həyata keçirilməsi Gürcüstanla quru sərhədin açılması ilə bağlıdır və Türkiyə şirkətləri Gürcüstan - Azərbaycan avtobus turları təşkil edirlər.

Operativ Media məsələni dəqiqləşdirmək üçün Türkiyənin adıçəkilən turoperatorları ilə əlaqə saxlayıb.

Şirkətdən bildirilib ki, “Tbilisi–Bakı” turu həqiqətən həyata keçirilib, lakin turistlərin Azərbaycana keçidi hava yolu ilə baş tutub. Şirkətin məlumatına görə, hazırda bu tur aktiv deyil.

Qeyd edək ki, Azərbaycanın quru sərhədləri 22 sentyabr 2025-ci il tarixində uzadılmış “xüsusi karantin rejimi” çərçivəsində bağlı qalıb və bağlanma müddəti 1 yanvar 2026-cı il saat 06:00-a qədər nəzərdə tutulub.

Oxşar xəbərlər