Azərbaycan aviasiyası deyəndə göz önünə yalnız təyyarələr, uçuş zolaqları və aerodromlar gəlmir. Bu sahənin görünməyən, lakin ən strateji dayaqlarından biri elm, innovasiya və bilikdir. Aerokosmik texnologiyalar kimi həssas bir sahədə işləyən alimlər isə ölkənin hava məkanının təhlükəsizliyindən tutmuş pilotların hazırlığına, uçuş sistemlərinin müasirləşdirilməsinə qədər hər bir mərhələnin arxasında dayanan baş mütəxəssislərdir. Məhz belə alimlərdən biri də “Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasının Aerokosmik İnformasiya Sistemləri kafedrasının tanınmış professoru, nüfuzlu mütəxəssis İsmayıl İsmayılovdur. Onun zəngin elmi fəaliyyəti, yüksək peşəkarlığı və aviasiya kadrlarının yetişdirilməsində əvəzedilməz xidmətləri bu gün böyük qürur hissi ilə qeyd edilir.Professor İsmayıl İsmayılov uzun illərdir ki, həyatını aviasiya elminə, kosmik informasiya sistemlərinin inkişafına və bu sahədə peşəkar mütəxəssislərin yetişdirilməsinə həsr edib. Onun elmi biliyi yalnız nəzəriyyə ilə məhdudlaşmır – tətbiqi elmi işləri, innovativ yanaşmaları və tədqiqatları real aviasiya proseslərinə inteqrasiya olunaraq həm təhlükəsiz uçuş idarəçiliyinə, həm də milli hava donanmasının texniki modernləşməsinə mühüm töhfə verib. Bu, təsadüfi deyil, çünki professor İsmayılov elmin masasında oturan alim deyil, texniki sahənin içində yetişmiş, istehsalat mühitində püxtələşmiş, hər praktiki problemin elmi həll mexanizmini tapa bilən nadir mütəxəssislərdəndir.
Milli Aviasiya Akademiyası bu gün regionun ən güclü aviasiya təhsil mərkəzlərindən biri hesab olunursa, burada professor İsmayıl İsmayılov kimi görkəmli alimlərin rolu danılmazdır. Onun rəhbərliyi və müəllifliyi ilə hazırlanan dərsliklər, elmi-metodik vəsaitlər, müasir tədris proqramları yüzlərlə tələbənin savadlı, müasir düşüncəli aviasiya mütəxəssisi kimi yetişməsinə yol açıb. Onun auditoriyadakı dərsləri yalnız nəzəri bilgi deyil – tələbələri real uçuş sistemləri, təhlükəsizlik alqoritmləri, kosmik məlumatların emalı və aeronaviqasiya texnologiyaları ilə tanış edən canlı elmi məktəbdir.
Professorun ən önəmli xüsusiyyətlərindən biri də odur ki, o, biliyi saxlayan deyil, paylaşan alimdir. Onun üçün elm yalnız elmi məqalələrin, layihələrin və tədqiqatların nəticələri deyil – eyni zamanda insan yetişdirməkdir. Çünki o, yaxşı bilir ki, güclü aviasiya yalnız müasir təyyarələr və texniki baza ilə deyil, güclü kadrlarla mümkündür. Məhz buna görə, bu gün Azərbaycan aviasiyasında çalışan yüzlərlə mühəndis, dispetçer, texniki mütəxəssis və aviasiya üzrə tədqiqatçı İsmayıl müəllimin yetirməsidir.
İsmayıl müəllim yeni texnologiyalara daim açıq olan, dünyada tətbiq olunan ən son aerokosmik sistemləri araşdırıb ölkəmizə tətbiq edən alimlərdəndir. O, beynəlxalq konfranslarda, elmi simpoziumlarda daim çıxış edib, Azərbaycanın aviasiya elminin uğurlarını xarici mühitdə də təqdim edib və bu sahədə ölkəmizin nüfuzunun yüksəlməsinə töhfə verib. Onun elmi məqalələri yalnız yerli deyil, beynəlxalq elmi jurnallarda dərc olunub və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən alimlər tərəfindən istinad edilir.
Professor İsmayılovun fəaliyyətinin ən qiymətli istiqamətlərindən biri də aerokosmik təhlükəsizlik sistemlərinin inkişafıdır. Kosmosdan əldə edilən məlumatların aviasiyada istifadəsi, hava məkanına nəzarət, meteoroloji təhlil, uçuş xəttlərinin optimallaşdırılması kimi yüzlərlə texniki prosesdə onun elmi araşdırmaları real tətbiq olunub. Bu isə yalnız elmi uğur deyil, həm də milli təhlükəsizlik üçün strateji dəyəri olan xidmət deməkdir.
İsmayıl müəllim həm də məktəb yaradan alimdir. Çünki o, yalnız elmi bilik vermir, tələbələrin təfəkkürünü inkişaf etdirir, onları yaradıcılığa, düşünməyə, araşdırmağa və yenilik etməyə sövq edir. Onun tələbələri professorun bir cümləsini belə illər sonra unutmur – “Aviasiyada səhvə haqq yoxdur”. Bu, həm peşə prinsipi, həm də həyat fəlsəfəsidir. Bu məsuliyyət yükünü tələbələrə aşılamaq isə yalnız böyük müəllimin bacaracağı bir işdir.
Hər böyük alim kimi, İsmayıl İsmayılov da sadəliyi və insanlığı ilə seçilir. Tələbələri, həmkarları, onu tanıyan hər kəs bilir ki, İsmayıl müəllimin qapısı hər zaman açıqdır. O, insanları yalnız elmi biliklə deyil, mənəvi dəyərlərlə də böyüdür. Hər kəsin problemini dinləyən, həll yolunu göstərən, çətin anlarda dayaq duran, bir müəllimdən daha çox bir ata kimi sevilən şəxsiyyətdir.
Bu gün “Azərbaycan Hava Yolları” QSC-nin və Milli Aviasiya Akademiyasının qürurla tanıtdığı professorlar arasında İsmayıl İsmayılovun xüsusi yeri var. Onun keçdiyi yol, yaratdığı elmi irs və millətə qazandırdığı yüzlərlə peşəkar kadr Azərbaycan aviasiyasının gələcəyini işıqlandıran ən güclü mayakdır.
Elm adamı olmaq çətindir, amma elmi insanlara xidmətə çevirmək daha da çətindir. Professor İsmayıl İsmayılov isə bunu yüksək səviyyədə bacaran nadir alimlərdəndir. O, bir ömür boyu topladığı bilikləri yalnız özünə saxlamayıb, minlərlə insana paylayıb. Bu isə alimliyindən də üstün dəyərdir – bu, Vətənə xidmət deməkdir.
Bu gün Azərbaycan aviasiyası doğrudursa, təhlükəsiz uçuşlar təmin olunursa, beynəlxalq hava məkanında ölkəmiz etibarlı tərəfdaş kimi tanınırsa, bunun arxasında görünməyən, lakin çox böyük əməyi olan alimlərdən biri professor İsmayıl İsmayılovdur. Onun fəaliyyəti yalnız bugünü yox, aviasiyanın gələcəyini də formalaşdırır.
Belə insanlar millətin qürurudur. Onlar sükutla işləyər, amma nəticələr milyonların həyatına təsir edər. Professor İsmayıl İsmayılov da məhz belə alimlərdəndir – səssizcə, təmkinlə, fədakarlıqla, Vətən sevgisi ilə çalışan böyük elm adamı.
Onun adı bu gün təkcə aviasiyada deyil, ümumilikdə Azərbaycan elmi tarixində şərəflə çəkilir. Çünki o, elmi inkişaf etdirən, ölkəni qabağa aparan, gənc nəslə yol göstərən, Vətənə xidməti şərəf bilən ziyalıdır. Bu fəaliyyət isə tərif deyil – həqiqətdir.
Zəfərdən Doğan Şərəfli Sabah – Professor İsmayıl İsmayılov yazır
8 noyabr Azərbaycan tarixinin qızıl hərflərlə yazılmış ən parlaq səhifələrindən biridir. Bu gün Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm qələbənin rəmzi, xalqımızın birliyi, gücü və iradəsinin təntənəsidir. 8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi yalnız hərbi əməliyyatların sonu deyil, 28 illik həsrətin və ağrıların bitməsi idi. Qarabağ torpağı yenidən Ana Vətənlə qovuşdu, üçrəngli bayrağımız Şuşanın səmasına ucaldı. Bu tarixi gün Azərbaycan xalqının möhkəm iradəsini dünyaya bir daha nümayiş etdirdi.
Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük qəhrəmanlıq tarixini yazdı. Hər bir əsgər, hər bir zabit, hər bir şəhidimiz bu qələbənin memarıdır. Lakin bu qələbənin siyasi liderliyi, strateji düşüncəsi və milli ruhu məhz ölkə rəhbərliyinin qətiyyətindən güc aldı. Prezident İlham Əliyev torpaqlarımızı azad etmək üçün yalnız döyüş meydanında deyil, diplomatik masada da mübarizəni dəqiqliklə, qərarlılıqla və qürurla apardı. Bu gün dünya liderləri Azərbaycanın gücünü, sözünü və nüfuzunu qəbul edir. Dövlətimizin mövqeyi regionun gələcəyini müəyyən edən əsas faktora çevrildi.
Bu qələbə təkcə keçmişin acısını silmədi, həm də gələcəyimizi yenidən qurdu. Artıq işğaldan azad olunmuş torpaqlara yüzlərlə ailə geri qayıdır, doğma yurdlarında həyat yenidən canlanır. Füzulidən Zəngilana, Cəbrayıldan Ağdama qədər yeni şəhərlər, kəndlər salınır, müasir infrastruktur qurulur. Azərbaycanın quruculuq iradəsi savaşın dağıntılarını yox, inkişafın izlərini bölgəyə gətirir. Qarabağ yenidən füsunkar gözəllik və müasirlik məkanına çevrilir. Azərbaycan dövləti yalnız torpaqlarını azad etmədi, o torpaqlarda həyatın yenidən doğuşunu təmin etdi.
Şuşa isə yenidən Azərbaycanın mədəniyyət tacı oldu. Konsertlər, festivallar, beynəlxalq tədbirlər bu şəhərin ruhunu bərpa etdi. Şuşa təkcə coğrafi məkan deyil, o, azərbaycançılıq ruhunun təntənəsidir. Prezident İlham Əliyevin qərarı ilə Şuşanın “Azərbaycanın mədəniyyət paytaxtı” elan olunması həm tarixi, həm mənəvi, həm də siyasi baxımdan böyük əhəmiyyət daşıdı. Bu gün Şuşada səslənən musiqi, oxunan muğamlar azadlığın səsi, qürurun nəfəsidir.
İşğaldan azad edilən bölgələrdə salınan yollar, aeroportlar, enerji infrastrukturu Azərbaycanın müasirliyinin və böyük dövlət iradəsinin göstəricisidir. Füzuli və Zəngilan beynəlxalq hava limanları artıq dünyanın diqqətini çəkən mühüm layihələr sırasındadır. Bütün bunlar sübut edir ki, Azərbaycan dövləti təkcə müharibədə deyil, quruculuqda da qalibdir.
Bu gün Qarabağda evlərin qapısı yenidən açılır, kəndlərdə işıqlar yanır, uşaq gülüşləri eşidilir. Dövlətimiz minlərlə ailəni doğma yurduna qaytarmaq üçün misilsiz sosial və infrastruktur layihələr həyata keçirir. İllərlə yurd həsrəti yaşayan insanlar torpaqlarına qayıtdıqca qələbənin əsl mənası daha dərindən duyulur. Qələbə yalnız hərbi üstünlük deyil, insanın Vətən torpağı ilə yenidən qovuşmasıdır. Bu qovuşmanı mümkün edən dövlət siyasətinin əsas müəllifi Prezident İlham Əliyevdir.
Zəfər Günü həm də bütün dünyaya mesajdır: Azərbaycana qarşı edilən ədalətsizliklər tarixdə qalacaq, haqq isə mütləq öz yerini tapacaq. Azərbaycan xalqı bir daha sübut etdi ki, torpaqlarının azadlığı üçün sonadək mübarizə aparmağa qadir, güclü və iradəlidir. Qələbə bizi daha güclü, daha qürurlu, daha birləşmiş bir millətə çevirdi. Bu gün hər kəs fəxrlə deyir: “Biz Zəfər xalqıyıq!”
Qarabağın dirçəlişi həm də milli həmrəyliyin, iqtisadi gücün və siyasi iradənin birləşməsi nəticəsində həyata keçir. Yoluxan torpaqlarda külək, günəş, su elektrik stansiyaları qurulur. Region “yaşıl enerji zonası”na çevrilir. Texnoparklar, sənaye mərkəzləri yaradılır. Bu, təkcə Qarabağın deyil, bütün ölkənin iqtisadiyyatına yeni nəfəs verəcək. Azərbaycan gələcəyə addım atmır, gələcəyi özü inşa edir.
Vətən müharibəsinin qələbəsi Azərbaycan Ordusunun rəşadəti ilə yanaşı, ölkənin elmi, texnoloji və hərbi inkişafını da dünyaya göstərdi. Bu gün hərb tarixçiləri Azərbaycanın müasir döyüş taktikalarını öyrənir, mütəxəssislər bu müharibədə tətbiq olunan hərbi yenilikləri analiz edirlər. Döyüş meydanında əldə olunan hər nailiyyət, diplomatiyada qazandığımız hər uğur dövlətin gücünün təntənəsidir.
Mən, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasının Aerokosmik informasiya sistemləri kafedrasının professoru İsmayıl İsmayılov qürurla bildirirəm ki, bu qələbə yalnız hərbi deyil, həm də elmi və texnoloji inkişafın nəticəsidir. Ordumuzun tətbiq etdiyi müasir hərbi sistemlər, pilotsuz uçuş aparatları, aerokosmik texnologiyalar Azərbaycanın müdafiə gücünü yeni mərhələyə yüksəltdi. Qələbədə elmin və müasir texnologiyanın rolu danılmazdır.
Elmi sahədə çalışan bir mütəxəssis olaraq qürur hissi ilə qeyd edirəm ki, Azərbaycanın müdafiə gücü daim yenilənir, güclənir və modernləşir. Bu, gələcək nəsillərə ən böyük təminatdır: Qarabağ həmişə Azərbaycan olaraq qalacaq. Bizim gücümüz yalnız silahda deyil, biliydə, elmdə, texnologiyada, milli birliyimizdədir. Məhz bu birliyin nəticəsi idi ki, dünya Azərbaycanın gücünü gördü.
Bu gün müstəqil, güclü Azərbaycan dünya siyasətinə öz dəqiq sözünü deməkdə davam edir. Prezident İlham Əliyev bütün regionu dəyişdirən bir lider kimi beynəlxalq aləmdə hörmət və nüfuz qazanıb. Azərbaycanın hərbi qələbəsi siyasi qələbə ilə tamamlandı. Bu gün Qarabağ üzərində heç bir mübahisə qalmayıb – məsələ bitib, tarix öz hökmünü verib.
Professor İsmayıl İsmayılov olaraq qətiyyətlə deyirəm ki, bu qələbə yalnız bu günümüzün yox, gələcəyimizin təminatıdır. Uşaqlarımız artıq işğal dərsləri deyil, Zəfər dərsləri öyrənirlər. Qarabağda doğulan yeni nəsil azad torpağın övladları olacaq. Onlar Şuşanın, Cıdır düzünün, Xarıbülbülün səsi ilə böyüyəcəklər.
Zəfər Günü Azərbaycanın milli kimliyinin, gücünün, sarsılmaz iradəsinin bayramıdır. Bu gün hərbir azərbaycanlı qürurla başını dik tutur. Çünki bu qələbə hər birimizin ürəyindədir. Qələbə şəhidlərimizin qanı ilə yazılıb, qazilərimizin rəşadəti ilə qorunub, xalqımızın iradəsi ilə möhkəmlənib.
Artıq 5 il keçir və bu illər Azərbaycan tarixinin ən sürətli inkişaf dövrüdür. Qarabağda, Şərqi Zəngəzurda həyata keçirilən layihələr dünyanın diqqəti mərkəzindədir. Bu gün o torpaqlar bəhrələnir, inkişaf edir, yaşayır. İnsan öz torpağına qayıtdıqca, həyatın nəfəsi daha da güclənir.
Vətən müharibəsi Azərbaycanın yeni zəfər salnaməsi oldu. Bu salnamənin hər səhifəsində xalqımızın şəhid qanı, əsgər cəsarəti, Ali Baş Komandanın qətiyyəti var. Və bu gün bütün dünya bilir: Azərbaycan güclüdür, Azərbaycan qalibdir, Azərbaycan haqlıdır.
Bu qələbə ilə Azərbaycan yalnız torpaqlarını geri qaytarmadı. O həm də öz milli ləyaqətinin və qürurunun toxunulmaz olduğunu sübut etdi. Bizim bayrağımız bir daha Qarabağın səmasında əbədi dalğalandı.
Zəfər Günü xalqa milli birlik hissini daha da möhkəmləndirir. Bu gün Azərbaycan əvvəlkindən də güclüdür. Ölkəmiz regionun söz sahibidir, iqtisadi gücü, ordusu, siyasəti ilə nümunədir. Bütün bunların əsasında dərin düşünülmüş dövlət idarəçiliyi və xalq sevgisi dayanır.
Bu möhtəşəm tarixi yaşamış hər bir azərbaycanlı ömrü boyu fəxr edəcək. Qarabağ – bizim şərəfimiz, qürurumuzdur. Şuşa – mədəniyyətimiz, musiqimiz, ruhumuzdur. Zəfər – dövlətimizin qüdrətinin təntənəsidir.
Bu gün Qarabağda bərpa olunan hər bina, salınan hər yol, hər məktəb, tikilən hər ev Zəfərimizin davamıdır. Bu torpaqlara həyat qaytarmaq ən şərəfli missiyadır. Dövlətimizin həyata keçirdiyi işlər dünyanın heyranlığını qazanır.
Zəfər gününün ideya müəllifi və siyasi arxitekturasının qurucusu Prezident İlham Əliyevdir. Azərbaycan xalqı bu liderin ətrafında bir yumruq kimi birləşib. Biz bu birliyin nəticəsində qələbə qazandıq və bu birlik bizi daim güclü saxlayacaq.
Professor İsmayıl İsmayılov olaraq tarixi həqiqəti qürurla deyirəm: bu gün Qarabağ bərpa olunur, sabah isə dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcək. Çünki Azərbaycan dövlətinin iradəsi, gücü və strategiyası dəmir kimidir – sınmaz, əyilməz, dönməz.
8 noyabr Azərbaycan xalqının şərəf günüdür. Bu tarix əsrlər boyu unudulmayacaq. Nəsillər bu günü qürurla xatırlayacaq, Zəfər marşının səsi Şuşa səmasında sonsuza qədər səslənəcək.
Qoy Zəfər Günü xalqımıza daim güc, birlik və qürur gətirsin. Qoy hər bir azərbaycanlı bu tarixi şərəfi yaşatsın. Qarabağ Azərbaycandır – bu, tarixdir, haqqdır, ədalətdir və əbədi həqiqətdir.