Azərbaycanın aerokosmik elminə həsr olunmuş bir ömür: Professor İsmayıl İsmayılovun şərəfli yolu və çoxşaxəli elmi-pedaqoji fəaliyyəti

Azərbaycanın aerokosmik elminə həsr olunmuş bir ömür: Professor İsmayıl İsmayılovun şərəfli yolu və çoxşaxəli elmi-pedaqoji fəaliyyəti «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasının (MAA) Aerokosmik informasiya sistemləri kafedrasının professoru İsmayıl İsmayılov Azərbaycan elminin və aviasiya təhsilinin görkəmli nümayəndələrindən biri olaraq ölkəmizin aerokosmik sahədə inkişafına mühüm töhfələr vermiş, zəngin biliyi, pedaqoji fəaliyyəti və elmi araşdırmaları ilə tanınmış bir alimdir. Onun həyat yolu və fəaliyyəti Azərbaycan elminin müasir çağırışlarına cavab verən, kosmik texnologiyalar və informasiya sistemləri sahəsində beynəlxalq standartlara uyğun elmi məktəbin formalaşmasına xidmət edir.

Professor İsmayıl İsmayılov uzun illərdir ki, Milli Aviasiya Akademiyasının Aerokosmik informasiya sistemləri kafedrasına rəhbərlik edərək, yüzlərlə tələbə və magistrin, onlarla doktorant və dissertantın yetişməsinə bilavasitə töhfə verib. Onun elmi-pedaqoji fəaliyyəti müasir kosmik tədqiqatlar, aerokosmik məlumatların emalı, peyk sistemlərinin idarə olunması, aerokosmik texnologiyalar və informasiya sistemlərinin inteqrasiyası sahələrini əhatə edir. Professor İsmayıl İsmayılov elmi yanaşmalarında müasir texnologiyaların tətbiqinə, innovasiyalara və qlobal elmi nailiyyətlərin Azərbaycan mühitinə uyğunlaşdırılmasına xüsusi diqqət yetirir.

Təkcə kafedra rəhbəri kimi deyil, həm də bir çox mühüm elmi qurumların fəal üzvü kimi İsmayıl İsmayılov elmi ictimaiyyətin inkişafında, elmi siyasətin formalaşdırılmasında və beynəlxalq əməkdaşlıq əlaqələrinin gücləndirilməsində mühüm rol oynayır. O, MAA-nın Elmi Şurasının, MAA-nın Aerokosmik fakültəsinin Elmi Şurasının, MAA nəzdində fəaliyyət göstərən D06.001 - Dissertasiya Şurasının, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu nəzdindəki müdafiə şurasının elmi seminarının, AMEA-nın Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Texnika Problemləri üzrə Elmi Şurasının üzvü kimi müxtəlif səviyyəli elmi qurumların işində fəal iştirak edir, ölkəmizdə elmi tədqiqatların koordinasiyası və istiqamətlənməsi proseslərinə töhfə verir.

Bundan əlavə, professor İsmayıl İsmayılov Azərbaycan Respublikası Kosmik məsələlər üzrə Şuranın Elmi katibi kimi də məsuliyyətli və genişmiqyaslı fəaliyyət göstərir. Onun elmi katib kimi rolu yalnız təşkilati işlərlə məhdudlaşmır. O, ölkənin kosmik strategiyasının hazırlanması, kosmik tədqiqatların prioritet istiqamətlərinin müəyyənləşdirilməsi, peyk sistemlərinin inkişaf perspektivləri və bu sahədə beynəlxalq əməkdaşlıq mexanizmlərinin qurulması işində fəal iştirak edir. Onun təşəbbüsü və elmi əsaslandırmaları nəticəsində Azərbaycanın kosmik sahədə atdığı mühüm addımlar daha sistemli və məqsədyönlü xarakter almışdır.

Professor İsmayıl İsmayılovun elmi əsərləri, monoqrafiyaları və məqalələri həm ölkə daxilində, həm də beynəlxalq elmi jurnallarda dərc olunmuş, onun tədqiqat nəticələri müasir aerokosmik informasiya sistemlərinin inkişafına dair mühüm töhfə kimi elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. O, müxtəlif beynəlxalq elmi konfranslarda Azərbaycan elmini layiqincə təmsil edir, məruzələri ilə ölkəmizin kosmik tədqiqatlar sahəsindəki nailiyyətlərini dünyaya çatdırır.

Eyni zamanda, İsmayıl İsmayılov gənc tədqiqatçıların və tələbələrin elmi fəaliyyətə cəlb olunmasına xüsusi önəm verir. Onun rəhbərliyi altında hazırlanmış dissertasiya və diplom işləri müasir elmi tələblərə tam cavab verir və elmi yeniliyi ilə seçilir. O, tələbələrində tənqidi və yaradıcı düşüncə tərzini formalaşdırır, onların elmi maraqlarını stimullaşdırır və elmi axtarışlara həvəsləndirir.

Professor İsmayıl İsmayılov yalnız alim və pedaqoq deyil, həm də elmə və vətənə sədaqətlə xidmət edən bir ziyalı, intellektual liderdir. Onun məqsədyönlü və yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanın aerokosmik sahədə elmi potensialı möhkəmlənir, ölkəmizin kosmik tədqiqatlar sahəsində beynəlxalq mövqeləri güclənir. O, bu sahənin gələcək inkişafı üçün sarsılmaz elmi baza formalaşdırır və bu missiyasını böyük sevgi və məsuliyyət hissi ilə davam etdirir.

«Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasının Aerokosmik informasiya sistemləri kafedrasının professoru İsmayıl İsmayılov - “Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz şərəfli missiyasını uğurla davam etdirir. Dövlət başçımızın həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu hazırda dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması da məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissələridir. Ötən əsrin əvvəllərində, 1918-ci il mayın 28-də yaranmış Azərbaycan Xalq Cümhuriyyəti ölkədə milli silahlı qüvvələrin formalaşması üçün əhəmiyyətli addımlar atmışdı. Belə ki, milli hökumətin qərarı ilə 1918-ci il iyunun 26-da ilk nizami hərbi hissə olan Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Bu addımın əhəmiyyətini təsdiq edən ən önəmli tarixi fakt budur ki, Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanı ilə 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və artıq uzun illərdir ki, bu tarix ölkəmizdə hər il rəsmi dövlət bayramı kimi qeyd edilir.”
Azərbaycanın aerokosmik elminə həsr olunmuş bir ömür: Professor İsmayıl İsmayılovun şərəfli yolu və çoxşaxəli elmi-pedaqoji fəaliyyəti

Fikirlərini davam etdirən İsmayıl İsmayılov 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəlişindən sonra Azərbaycanda hərbi kadrların hazırlanması prosesinin yenidən başlandığını diqqətə çatdırıb: “Həmin dövrdə Ümummilli Liderimizin bu istiqamətdə atdığı ən mühüm, ən vacib addımlardan biri əlbəttə ki, 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması oldu. Bu gün həmin hadisələrdən danışarkən SSRİ-nin öz qüdrətinin ən pik həddində olduğu bir vaxtda Azərbaycanda hərbi məktəbin açılmasına nail olmağın necə çətin, mürəkkəb bir məsələ olduğunu tam dolğunluğu ilə təsəvvür etmək çox çətindir. Təbii ki, SSRİ-nin dövlət və partiya rəhbərləri Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına razılıq vermək istəmirdilər. Hətta buna imkan verməmək üçün Moskvadan Bakıya ezam olunan xüsusi komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığı barədə çoxsaylı rəylər təqdim edirdilər. Lakin Ulu Öndər özünün mahir diplomatiyası, uzaqgörən siyasəti ilə bütün bu cəhdləri heçə çıxardı və böyük zəhmətlər bahasına hərbi məktəbin açılmasına nail oldu. İllər sonra öz müstəqilliyini bərpa etmiş Azərbaycanda C.Naxçıvanski adına Hərbi Məktəb ölkəmizin ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Həmçinin qeyd olunmalıdır ki, məhz Ulu Öndərin səyləri nəticəsində o dövrdə azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxumaları, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbulu mümkün olmuşdu. Müstəqilliyimizin ilk illərində o dövrkü iqtidarın səriştəsizliyi və yersiz ambisiyaları ucbatından ölkə sözün əsl mənasında xaos içərisində idi. Belə bir şəraitdə ordu quruculuğundan söhbət belə getmirdi. Pərakəndə halda olan silahlı birləşmələr isə, hakimiyyət uğrunda mübarizə aparan ayrı-ayrı siyasi qüvvələrin maraqlarına xidmət edirdilər. Yalnız 1993-cü ilin yayında Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra bu sahədə də vəziyyət kökündən dəyişdi. Ulu Öndərin səyləri nəticəsində 1994-cü ilin may ayında Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Milli Ordumuzun formalaşması prosesi daha da sürətləndi. Bu istiqamətdə əhatəli islahatlar aparıldı, qısa müddət ərzində hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması başa çatdırıldı.”
Azərbaycanın aerokosmik elminə həsr olunmuş bir ömür: Professor İsmayıl İsmayılovun şərəfli yolu və çoxşaxəli elmi-pedaqoji fəaliyyəti

“Bu gün Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi və mənzil təminatlarının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsi kimi məsələlər xüsusi diqqət mərkəzində saxlanılan prioritet istiqamətlərdir. Birmənalı olaraq demək lazımdır ki, 2003-cü ildən sonra ölkəmizdə ordu quruculuğu tamamilə yeni, keyfiyyətcə daha yüksək bir mərhələyə keçid etdi. 44 günlük Vətən müharibəsi Şanlı Ordumuzun gücünü-qüdrətini bütün dünyaya canlı olaraq nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il 27 sentyabrda əks-hücum əməliyyatlarına başlayan Azərbaycan Ordusu tarixi Zəfər əldə etdi. Düşmən qısa müddət ərzində darmadağın edildi və kapitulyasiya aktını imzalamağa məcbur oldu. 2023-cü ilin sentyabr ayında isə, cəmi bir gün davam edən antiterror əməliyyatı nəticəsində Şanlı Ordumuz Qarabağda erməni separatizminin kökünü birdəfəlik kəsdi. Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Bununla Azərbaycan Ordusu nəinki bölgədə, həm də bütün dünyada hərbi potensialına, döyüş qabiliyyətinə, müasir təchizatına görə ən güclü ordular sırasında durduğunu bir daha təsdiq etdi”

Oxşar xəbərlər