Döyüldüyü deyilən şagirdlə bağlı məktəbdən açıqlama

Döyüldüyü deyilən şagirdlə bağlı məktəbdən açıqlama Xəbər verdiyimiz kimi, Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən 75 saylı tam orta məktəbin 8-ci sinif şagirdinin döyülmsi ilə bağlı məlumat yayılıb.

Məsələ ilə bağlı 75 nömrəli tam orta məktəbdən “Qafqazinfo”ya açıqlama verilib.

“Qeyri-dərs günü məktəbdən kənar ərazidə məktəbin VIII sinif şagirdi fiziki və psixoloji təzyiqə məruz qalıb.

Məsələ ilə əlaqədar şagirdin valideynləri tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub”, - məlumatda bildirilib.

Oxşar xəbərlər