
Qubadlı rayonu Azərbaycan Respublikasının cənub-qərbində,Qarabağ yaylasının cənub-şərqində yerləşir. İşğala qədər Qubadlının Ermənistan Respublikası ilə 120 km-lik sərhəd zolağı var idi. Qarabağ münaqişəsi başladığı vaxtdan Qubadlı təcavüzün, erməni terrorunun obyektinə, qaynar nöqtəsinə çevrildi. 1988-ci il fevral ayının əvvəllərindən Ermənistandan azarbaycanlılarının deportasiya edilməsinə başlandı və ilk dəhşətli qaçqın dalğası Qubadlıdan keçdi. 1993-cü il Qubadlının işğalçı Ermənistan tərəfindən işğalınadək 94 kəndi olmuşdur. Qubadlı rayonu 31 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.
2020-ci ildə Azərbaycan Ordusu tərəfindən keçirilmiş əks-hücum əməliyyatı nəticəsində 25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında Qubadlı rayonun işğaldan azad edilməsində əhəmiyyətli dönüş nöqtəsi olmuşdur. Həmin bu tarixi gündə Qubadlı rayonu ordumuzun peşakarlığı sayəsində düşməndən təmizləndi. Bu gün ölkə tarixinə Qubadlı şəhəri günü kimi yazıldı. Bu uğurda canından keçən, bununla yanaşı olaraq, müharibədə iştirak edib, şəxsi igidlik və şücaət göstərmiş 15209 hərbi qulluqçu “ Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı” Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev.
2023 cü il 31 iyul tarixində imzalanmış sərəncama əsasən, hər il 25 oktyabr tarixi rəsmi olaraq “Qubadlı Şəhəri Günü” kimi qeyd edilməyə başlamışdır. Bu günün təsis olunmasında məqsəd işğaldan azad edilmiş ərazilərin tarixi yaddaşının qorunması və həmin bölgələrin yenidənqurma prosesinin ictimaiyyət qarşısında önə çıxarılmasıdır. Mədəniyyət, təhsil və ictimai təşkilatlarda “Qubadlı Şəhəri Günü” ilə bağlı sərgilər, kitabxana materialları, məktəblərdə tədbirlər keçirilir.
Oktyabrın 25 i Qubadlı şəhərinin işğaldan azad olunma günüdür və bu tarixə uyğun olaraq hər il qeyd edilmək qərara alınmışdır. Azad olunma ilə birlikdə həmin gün simvolik olaraq yeni başlanğıc və bərpa yönümlü bir gündür.
“Qubadlı şəhəri günü” ünvanı yalnız həmin spesifik tarix üçün deyil, həm də gələcəkdə bölgənin inkişafı, əvvəllər itirilmiş dəyərin bərpası kimi görünüşü əks etdirir.
Maştağa qəsəbəsi, 209 saylı tam orta məktəbin
Tarix müəllimi Aytən Həsənova