
Belə olduğu halda ilk növbədə kollektivdə etimad hədsiz dərəcədə zəifləyir, əməkdaşlıq ruhu itir və təşkilatın inkişafı təhlükə altına düşür.
İkiüzlüyün mahiyyəti və nəticələrinə nəzər saldıqda, görürük ki,ikiüzlülük idarəetmədə ən təhlükəli və insan həyatına birbaşa təsir edən problemlərdən biridir. Çünki bu davranış birbaşa insanların inamını sarsıdır və ruh düşkünlüyü yaradır.Məsələn, rəhbər əməkdaşlara qarşı açıq şəkildə ədalətli olduğunu göstərsə də,onu tanıyanlar arasında gərginlik yaranır. Əslində,ikiüzlülüyün nəticələrini bir neçə istiqamətdə görmək mümkündür,diqqətlə baxsaq,görərik ki,etimadsızlıq mühiti yaranır. İşçilər rəhbərin dediyi heç bir sözə inanmır.Motivasiya aşağı düşür, əməkdaşlar işə can yandırmır, çünki səylərinin dəyərləndirilmədiyini hiss edirlər.Kollektivdə parçalanma baş verir. İnsanlar qruplara bölünür, bir-birinə qarşı rəqabət aparmağa başlayır.Təşkilatın gələcəyi zəifləyir, uzun müddətdə bu davranış şirkətin və ya qurumun inkişafına böyük zərbə vurur.
Problemin həlli yollarına gəldikdə isə,
İkiüzlülüyün qarşısını almağın əsas yolu ədalətli və dürüst idarəetmədən keçir. Rəhbər insanlara səmimi yanaşmalı, qərarlarını şəffaf şəkildə izah etməli və bütün əməkdaşlara bərabər münasibət göstərməlidir. Ədalət prinsipinə sadiq qalmaq rəhbər üçün yalnız mənəvi məsələ deyil, həm də peşə borcudur.
Buna görə də,qərarlar aydın şəkildə izah edilməli, gizlilik və təzadlı davranışlardan qaçılmalıdır,əməkdaşların əməyinə obyektiv qiymət verilməlidir,
şəxsi maraqlara yox,ümumi məqsədlərə üstünlük verilməlidir,
işçilərlə ünsiyyət açıq və səmimi qurulmalıdır.Ədalətli idarəetmənin faydalarına gəldikcə,ədalətli və doğru idarəetmə yalnız konfliktlərin qarşısını almır, həm də iş mühitinə müsbət təsir edir. Belə şəraitdə əməkdaşlar özlərini dəyərli hiss edir, işə daha məsuliyyətlə yanaşır və yaradıcı fəaliyyət göstərirlər. Etimadın olduğu kollektivdə həm əməkdaşlıq güclənir, həm də ümumi səmərəlilik artır.
Nəticə olaraq xüsusi qeyd edim ki, idarəetmədə ikiüzlülük əməkdaşlığı zəiflədir, iş mühitini dağıdır və təşkilatın uğurunu təhlükə altına salır. Bu səbəbdən rəhbər şəxslərin ən vacib vəzifəsi ədalətli olmaq, doğru addımlar atmaq və kollektivdə etimadı qorumaqdır. Ədalətli idarəetmə həm işçilərin motivasiyasını yüksəldir, həm də təşkilatın gələcəyini möhkəmləndirir.
Bəhram Bilaloğlu