Ramazan ayının gəlişi ilə imsak süfrələri gün ərzində enerjinin açarına çevrilir. Bununla belə imsakda yeyilən bəzi qidalar bütün gün susuzluğa və yorğunluğa səbəb ola bilər.
Odur ki, imsak vaxtı yeməkdən çəkinməli olduğunuz qidaları təqdim edirik:
Orucluqda sağlam imsak süfrəsi toxluğu qorumağa və susuzluğu azaltmağa kömək etməklə yanaşı, qan şəkərini balanslaşdırmağa və bədənin müqavimətini qorumağa yardım edir. Bu məqamda mütəxəssislər səhər yeməyində bəzi qidaların yeməkdən çəkinməyi tövsiyə edir.
Duzlu qidalar bədəndə maye səviyyəsini azaldan ən çox yayılmış qidalar arasındadır. Xüsusilə tüpürcək ifrazını yavaşladan duzlu qidalar mədə turşusunu da artıra bilər ki, bu da reflüksə və mədə yanmasına səbəb olur.
Şəkərli qidalar qan şəkərinin qəfil yüksəlib-enməsinə səbəb olur. Həm aclığı artıra, həm də susuzluğa səbəb ola bilər. Bu qidalara mürəbbə, bal, tortlar, peçenye, şirniyyat və şokolad daxildir.
Un məmulatları
Börək, açma və s. qəbildən olan xəmir işləri həzm sistemini yavaşladır.
Qızartmalar və təkrar emal edilmiş qidalar
Qızardılmış kartof, bibər və badımcan kimi həddindən artıq yağlı qidalar susuzluğu artıra və həzm sistemini gərginləşdirə bilər.
Digər tərəfdən, sosis və kolbasa, turşu kimi emal olunmuş qidalar imsakda istehlak edilməməlidir.
Kofeinli içkilər
Qəhvə və qazlı içkilər sidikqovucu təsirinə görə bədəndən su itkisinə səbəb ola bilər və bu da gün ərzində narahatlığa səbəb olur. Buna görə də, bunun əvəzinə çay, bitki çayı və ya su içməyi məsləhət görülür.