Çempionlar Liqasında "Qarabağ"dan tarixi qələbə

Çempionlar Liqasında Ağdamın "Qarabağ" klubu UEFA Çempionlar Liqasındakı ilk oyununda tarixi qələbəyə imza atıb.

Səfərdə "Benfika"nın qonağı olan Qurban Qurbanovun yetirmələri ilkin olaraq hesabda 2:0 geri düşsə də, 90 dəqiqənin sonunda geridönüş etməyi bacarıb - 2:3.

Ev sahiblərinin heyətində qolları Entso Barrenetsea və Vangelis Pavlidis vurub.

"Qarabağ"ın heyətində isə Leandro Andrade, Kamilo Duran və Aleksey Kaşuk fərqlənib.


Oxşar xəbərlər