
Bu barədə məlumatı Belarus liderinin Mətbuat xidməti yayıb.
Bildirilib ki, ümumilikdə casusluq, ekstremist və terror fəaliyyətində iştirak, eləcə də Belarus ərazisində törətdikləri digər cinayətlərə görə məhkum olunmuş 14 xarici əfv edilib.
Onlardan altısı Litva, ikisi Latviya, ikisi Polşa, ikisi Almaniya, biri Fransa və daha biri isə Böyük Britaniya vətəndaşlarıdır.