"Dollara inam azalır, yeni müharibələr üçün səbəb yaranır"

"Qızılın qiyməti bütün zamanların ən yüksək həddinə çatır. Bu, o deməkdir ki, dollara inam azalır, Amerikanın rəqibləri artır, yeni müharibələr üçün səbəb yaranır. Yaxın günlərdə mütləq yeni regional müharibə qaçılmazdır. Nəzərə alsaq ki, bu dövriyyə Şanxay forumu kontekstində yaşanır".

Bu sözləri beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib.

Onun sözlərinə görə, BRİCS ölkələrindən (ən irisi və ən təməllilərindəki ilk beşlikdə) birini cəzalandırmaq qaçılmaz olacaq:

"İran cəbhəsinə baxsaq, nəsə hiss edilir. Qlobal qeyri-iqtisadi dalğalanmalar konkret FED-i təzyiqə salıb. ABŞ-yə qlobal etimad azaldıqca, qlobal rezervlərdə qızılın payı 20 faizə qalxıb. Bu arada, təkcə ABŞ-ni təhlükə gözləmir. Yerli iqtisadiyyatların başı infilyasiya ilə dərdə girməyə başlayıb. O da özü ilə yeni hökumət böhranları gətirəcək ki, ilk növbədə Fransa çalxalanır.

Elə, bu dəmlərdə ABŞ prezidenti Donald Tramp bildirib ki, idxal rüsumları ləğv edilsə, ABŞ üçüncü dünya ölkəsi olacaq. Onun sözlərinə görə, ABŞ iqtisadiyyatına ilk növbədə rüsumlar hesabına 15 trilyon dollardan çox investisiya qoyulacaq. Əgər rüsumlar məhkəmənin qərarı ilə dayandırılsa, onda bu sərmayənin demək olar, hamısı və daha çox gəlirlər dərhal ləğv ediləcək".

Oxşar xəbərlər